RU

Qəzənfər Abbasov komandasını liderliyə yüksəldən darmadağını belə dəyərləndirdi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

2-ci Liqanın 16-cı turu çərçivəsində dünən "Şəmkir"i 4:0 hesabı ilə darmadağın edən "Qaradağ Lökbatan" ən azı bir günlük şəriksiz lider mövqeyinə yüksəldi. Qəsəbə komandasının baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb böyükhesablı qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Xankəndi"dən ötən tur aldığımız məğlubiyyətdən sonra (1:2) bu matçda qələbə qazanmaq, uşaqların özünəinamını artırmaq istəyirdik. İlk dəqiqələrdən hücumlar qurduq. Oyun demək olar ki, tam bizim üstünlüyümüz şəraitində keçdi. Düzdür, əsasən gənclərdən qurulmuş rəqib də hərəkətli komanda idi, yaxşı müdafiə olunurdular. Uzaq yol gəldikləri, bir qədər yorğun olduqları da sezilirdi. Buna rəğmən, "Şəmkir" də mübarizə aparır, döyüşürdü. Bizim futbolçuların təcrübəsi həlledici amil oldu. Təcrübə sayəsində 4 qol vura bildilər. Komandamı təbrik edirəm. Hədəfimiz dəyişməyib. Çempionluq uğrunda mübarizəni davam etdirir, hər oyuna qələbə üçün çıxırıq".

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
92
1
fanat.az

2Источники