Idman.biz saytına istinadən ain.az xəbər verir.
“Yaxşı hazırlaşmışıq”.
Bu sözləri Azərbaycan milli komandasının üzvü Sevinc Cəfərzadə deyib.
Yarımmüdafiəçi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyaya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb
“Qrupda ilk oyunumuzdur. Baxmayaraq ki, müəyyən itkilərimiz var, oyuna tam hazırıq. Ümid edirəm ki, uğurlu nəticə ilə həm özümüzü, həm də azarkeşlərimizi sevindirə biləcəyik.
Hazırlığımız çox yaxşı keçib. Çətin rəqibdir. Biz heç vaxt onlara qarşı oynamamışıq. İnam qələbənin yarısıdır, biz yaxşı nəticəyə inanırıq, geri qalanını isə meydanda göstərəcəyik. Biz hansı formanı geyindiyimizin fərqindəyik. Matça tam ciddiyyətlə hazırlaşmışıq. Ümid edirəm ki, məşqlərdə etdiyimizi oyunda da göstərə biləcəyik. Əgər belə olarsa, istədiyimiz nəticəni əldə edəcəyik”, - deyə o, offsideplus.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan - Şimali Makedoniya matçı “Dalğa Arena”da saat 15:00-da start götürəcək.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.