Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaxın Şərqdə gərginliyin artması və ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Prezident Donald Trumpın Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması istiqamətindəki səylərini ikinci plana keçirə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Avropa rəsmiləri ehtiyat edirlər ki, bu vəziyyət Kiyev üçün həyati əhəmiyyət daşıyan Amerika silahlarının çatışmazlığına səbəb ola bilər. Jurnalistlərin məlumatına görə, ABŞ-ın İrana qarşı əməliyyatı artıq xeyli sayda raket və sursat ehtiyatının istifadəsini tələb edib.
Avropa hökumətinin yüksəkvəzifəli nümayəndəsi xəbərdarlıq edib ki, bu, Ukraynaya silah tədarükünü ləngidə və Ağ Evi öz hərbi ehtiyatlarına üstünlük verməyə məcbur edə bilər. Avropa ölkələrinin isə hazır hava hücumundan müdafiə sistemləri ehtiyatı yoxdur və öz müdafiə imkanlarını qurmaq üçün illərə ehtiyac var.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, münaqişənin silah tədarükünə təsirini qiymətləndirmək üçün hələ tezdir. Bununla belə, ilk nəticələr artıq hiss olunur: İran pilotsuz uçuş aparatının Kiprdəki Britaniya aviabazasına zərbəsindən sonra Ukraynanın Aİ-yə üzvlük müraciətinin müzakirəsi təxirə salınıb.
Eyni zamanda, Trampın xüsusi nümayəndələri Ukrayna münaqişəsinin tərəfləri ilə danışıqları davam etdirirlər. Lakin prezident daha əvvəl sülh səylərindən “geri çəkilmək” ehtimalı barədə xəbərdarlıq edib. Avropalı diplomatların fikrincə, bu, Rusiya Prezidenti Vladimir Putinə müharibəni uzatmaq üçün əlavə imkanlar yarada bilər.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrailin dəstəyi ilə İrana zərbələr endirib və ölkənin ali rəhbərliyinin demək olar ki, hamısını zərərsizləşdirib. Donald Trumpın qiymətləndirməsinə görə, əməliyyat təxminən dörd həftə davam edəcək. Dövlət katibi Marco Rubio isə bildirib ki, qarşıdakı mərhələlər daha intensiv və “daha sərt” olacaq.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.