RU

Lamin Yamal İspaniyada bir əsrlik rekordu qırdı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Barselona"nın 18 yaşlı vingeri Lamin Yamal İspaniya futbolunun tarixini yenidən yazmağa davam edir.

Fanat.Az xəbər verir ki, Kataloniya klubunun ulduzu La Liqada 19 yaşadək futbolçuların bir mövsümdə vurduğu qol sayına görə liderliyi ələ alıb.

Bu barədə "Transfermarkt.es" məlumat yayıb.

Yamal artıq 13 qol vurub. O, Xose İraqorrinin uzaq 1929/30 mövsümündən bəri (12 qol) mövcud olan rekordunu keçib.

Xatırladaq ki, Yamal La Liqanın 26-cı turunda "Villarreal"a qarşı oyunda het-trik edib. Onun uğurlu oyunu sayəsində "Barselona" evdə 4:1 hesablı inamlı qələbə qazanıb.

Cari 2025/26 mövsümündə Yamal kataloniyalıların heyətində 34 oyunda 18 qol vurub və 14 məhsuldar ötürmə edib. "Barselona"nın növbəti oyunu bu gün keçiriləcək. "Blaugrana" "Kral Kuboku"nun cavab oyununda "Atletiko Madrid"ə qarşı revanş oyununa çıxacaq. İlk oyun paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
50
fanat.az

10Источники