RU

Paşinyanla Akopyan niyə ayrılıb?

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahı əsasında yaşadığı həyat yoldaşı Anna Akopyanın rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlər səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Qəzet yazır ki, 2019-2020-ci illərdə cütlük təxminən bir il birlikdə yaşamayıb, lakin sonradan yenidən barışıblar. Məlumatda iddia edilir ki, 2025-ci ilin ortalarında Paşinyanla Akopyanın münasibətində vəziyyət yenidən gərginləşib. Həmçinin qeyd olunub ki, Akopyanın Çində təhsil almaq planları da Baş nazirlə münasibətindəki böhranla əlaqəli olub.

Bununla yanaşı, A.Akopyan son üç ay ərzində hökumətin Sevandakı yay iqamətgahında yaşayıb.

Xatırladaq ki, fevralın 17-si A.Akopyan sosial şəbəkə hesabında paylaşım edərək N.Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb. 10 gün sonra o, Ermənistanın Baş naziri ilə ayrıldığını rəsmi şəkildə bəyan edib. Paşinyan isə məsələni şərh edərək Akopyanın qərarına hörmətlə yanaşdığını bildirib.

Onu da bildirək ki, Paşinyan 2025-ci ilin yayında Akopyanla niyə rəsmi nikahda olmadığını izah edib. Onun sözlərinə görə, 1990-cı illərdə müxalifətçi olduğu dövrdə həbs və əmlakının müsadirə olunacağını gözlədiyi üçün birgə alınmış mənzili Annanın adına rəsmiləşdirib. O bunu ailəsini və övladlarını qorumaq məqsədilə etdiyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
qafqazinfo.az

1Источники