RU

İnternetin xərcləri mexanizminə yenidən baxılmalıdır - Ombudsman

Azərbaycan Ombudsmanı Milli Məclisdə illik məruzəsi zamanı minimum istehlak səbətinin tərkib və miqdarına real ehtiyaclara uyğun şəkildə yenidən baxılmasını təklif edib.

Təklifə əsasən, həmçinin Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli, 118 saylı Qərarı ilə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibində internet xidmətlərindən istifadə haqqı mövcud tariflərə uyğun şəkildə yenidən müəyyənləşdirilməlidir.

Ombudsman bildirib ki, hazırda saatlıq internet tariflərinin mövcud olmaması nəzərə alınaraq, internet xərclərinin hesablanması mexanizmi yenilənməli və müvafiq qərara dəyişiklik edilməlidir.

Gülnar Nazimqızı 

Избранный
11
anews.az

1Источники