RU

Özəl universitetlərdə rektor və prorektor postları ailə üzvlərinə tapşırılır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Son illər Azərbaycanda özəl ali təhsil müəssisələrinin rəhbər strukturlarında ailə üzvlərinin təmsil olunması diqqət mərkəzinə düşür.

Reyting.az nocomment.az-a istinadla xəbər verir ki, prorektor, rektor və icraçı vəzifələrdə çalışan şəxslərin universitet sahiblərinin ailə üzvləri olduğu müşahidə edilir.

Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova 2016-cı ildən bu vəzifəni icra edir. O, 1983-cü ildə Gədəbəy rayonunda anadan olub, Nizami rayonu M.Rüstəmov adına 32 saylı orta məktəbi bitirib. Avrasiya Universitetində 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura təhsilini başa vurub. Dünya ədəbiyyatı fənnini tədris edən Nigar Hüseynova universitetin rektoru və sahibi Nazim Hüseynovun qızıdır.

Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayeva psixologiya sahəsində Türkiyə, İtaliya və ABŞ-da təhsil alıb. O, universitetdə Psixologiya fənnini tədris edir və daha əvvəl İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışıb. Ülkər İsayeva Xəzər Universitetinin rəhbəri tanınmış alim Hamlet İsaxanlının qızıdır.

Azərbaycan Kooperasiya Universitetində də oxşar vəziyyətdir. Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva 1984-cü ildə Bakıda anadan olub. Avropa liseyini bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi əldə edib. 2010-cu ildə İqtisad üzrə fəxri doktor adına layiq görülüb. Universitetin rektoru və sahibi Eldar Quliyevdir və Aygün Quliyeva onun qızıdır.

Qərbi Kaspi Universitetində İcraçı prorektor vəzifəsini Rəşad Bağırov tutur. O, universitetin sahibi Hüseynqulu Bağırovun oğludur.

Bakı Qızlar Universitetinin hazırkı rektoru Sevinc Rəhimova 1997-ci ildən etibarən bu ali təhsil müəssisəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Pedaqogika fənnini tədris edən Sevinc Rəhimova universitetin sahibi Ağarəhim Rəhimovun qızıdır.

Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev də universitet sahibi ilə ailə bağları olan rəhbərlər sırasındadır. 1972-ci ildə Bakıda anadan olan Samir Vəliyev Bakı Dövlət Universitetində hüquq təhsili alıb, uzun illər prorektor, nazir müşaviri və dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb. O, hazırda Milli Məclisin deputatıdır və universitetin sahibi Əhməd Vəliyevin oğludur.

Azərbaycan Universitetinə mərhum nazir Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova rəhbərlik edir. Bakı Biznes Universitetində isə fərqli yanaşma mövcuddur. Universitetin sahibi və rektoru İbad Abbasov olsa da, onun övladları universitetin idarəçiliyində iştirak etmirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
3
reyting.az

4Источники