RU

Ordu hazırlaşır: İrana qarşı quru əməliyyatı başlayır?

İranda davam edən müharibə ilə bağlı sürpriz bəyanatlar verilməyə davam edir.

Son olaraq, İsrail və ABŞ İranı quru əməliyyatlarla təhdid edib. Hər iki tərəf adıçəkilən ölkəyə qarşı quru əməliyyatlarının başlanıla biləcəyini açıqlayıb. Üstəlik, bununla bağlı hazırlıq getdiyi də iddia olunur. Lakin ekspertlər hesab edirlər ki, İrana qarşı quru əməliyyatlarına başlamaq olduca çətindir. Buna səbəb ölkənin mürəkkəb relyefi və dağlarla əhatə olunmasıdır. 

Bəs bütün bunlara rəğmən İrana qarşı həqiqətən quru əməliyyatları başlaya bilərmi?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən siyasi ekspert Ülviyyə Zülfiqar bildirib ki, Yaxın Şərqdə artan gərginlik fonunda həm İsrail, həm də ABŞ tərəfindən İrana quru əməliyyatlarının başlaya biləcəyi ilə bağlı səslənən bəyanatlar daha çox siyasi və psixoloji təzyiq elementi kimi qiymətləndirilir:


“Hərbi ritorikanın sərtləşməsi adətən qarşı tərəfi çəkindirmək, danışıqlarda üstün mövqe qazanmaq və ya daxili auditoriyaya qətiyyət mesajı vermək məqsədi daşıyır. Praktiki baxımdan isə hazırda genişmiqyaslı quru əməliyyatı son dərəcə yüksək riskli və baha başa gələn addım olardı.


Bu, əməliyyatın təkcə İran ərazisi ilə məhdudlaşmayaraq, Livan, Suriya, İraq və Fars körfəzi istiqamətində geniş regional qarşıdurmaya çevrilməsi riskini artırar. Belə ssenari isə enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və ümumilikdə qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər”.

Ekspertin sözlərinə görə, son onilliklərin təcrübəsi göstərir ki, ABŞ və müttəfiqləri daha çox hava zərbələri kimi uzaqmənzilli təsir vasitələrinə üstünlük verirlər:
“Quru əməliyyatı isə qısamüddətli taktiki məqsədlə nəzərdən keçirilə bilər. İrana qarşı genişmiqyaslı quru əməliyyatının başlanması hazırkı mərhələdə az inandırıcılıq səviyyəsinə malikdir. Lakin bölgədə qarşılıqlı zərbələrin artması, tərəflər arasında səhv hesablama və ya lokal insidentlərin nəzarətdən çıxması vəziyyəti kəskinləşdirə bilər. Bu baxımdan, ritorikanın sərt olmasına baxmayaraq, daha çox məhdud hərbi ssenarilərin ön plana çıxacağı ehtimalı daha yüksəkdir”.

Elmir Mustafa

Избранный
24
hit.az

1Источники