RU

8:0 hesablı qələbədən sonra baş məşqçi istefaya göndərildi

BAKI, 3 mart. TELEQRAF

Braziliyanın "Flamenqo" klubu baş məşqçisi Filipe Luis ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Braziliyalı mütəxəssisin istefaya göndərilməsi qərarı komandanın "Madureyra"ya qarşı keçirdiyi darmadağınla (8:0) bitən oyundan əvvəl qəbul edilib.

Luisin rəhbərliyi altında "Flamenqo" martın 2-dən 3-nə keçən gecə Karioka Liqasının yarımfinalında rəqibini 8 cavabsız qolla məğlub edib. 2024-cü ildən bu vəzifədə çalışan mütəxəssis, futbolçu karyerası dövründə də bu klubun şərəfini qoruyub.

Qeyd edək ki, "Flamenqo" Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya A Seriyasını, Kubokunun və Superkubokunu qazanıb.

Избранный
15
teleqraf.com

1Источники