RU

ABŞ-nin Küveyt və Səudiyyə Ərəbistanındakı diplomatik missiyaları fəaliyyətini məhdudlaşdırıb

Yaxın Şərqdə davam edən gərgin vəziyyətlə əlaqədar ABŞ-nin Küveyt və Səudiyyə Ərəbistanındakı səfirlikləri fəaliyyətini məhdudlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə qurumların sosial şəbəkələrində bildirilib.

Xüsusilə, ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini dayandırıb. Təcili qəbullar da daxil olmaqla, bütün planlaşdırılmış qəbullar ləğv edilib. Normal iş rejiminə qayıdış barədə məlumat təqdim olunacaq.

Bundan əlavə, ABŞ-nin Səudiyyə Ərəbistanındakı nümayəndəliyi İranın son hücumundan sonra konsulluq xidmətlərinin göstərilməsini dayandırıb.

"Ciddə, Ər-Riyad və Dəhranda özünütəcrid rejimi qüvvədə qalır və ABŞ vətəndaşlarına ona riayət etməyə davam etmək tövsiyə olunur", - Səudiyyə Ərəbistanındakı diplomatik missiyadan qeyd edilib.

Избранный
26
far.az

1Источники