RU

BDYPİ velosipedçilərə çağırış edib (VİDEO)

Bakı.Trend:

Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsindəElnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçivurulub. Nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerindəhəyatını itirib.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsininvelosipedçilərə çağırışında qeyd olunub.

Bildirilib ki, təhlükəsizlik kameraları vasitəsilə qeydə alınangörüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdənvə işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi,yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətlihərəkət etməsi aydın müşahidə olunur:

"Təbii ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymətveriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşarmənzərəyə tez-tez rast gəlmək mümkündür.

Halbuki, iki və daha çox zolağı olan yolda sola dönmək və yayolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əliilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşıtərəfə keçməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə dəikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünütəhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin vəbaşqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!".

Məqalədə:
Избранный
49
9
az.trend.az

10Источники