RU

Əli Mirəliyev canlı yayımdakı qalmaqaldan danışdı: Xəstədir, dediklərinə fikir vermirəm...

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Müğənni Əli Mirəliyev Əməkdar artist Ruhəngiz Musəvinin ona qarşı nümayiş etdirdiyi qeyri-etik davranışa münasibət bildirib. 

Əli Mirəliyev Qaynarinfo-ya açıqlamasında həmkarının səhhətində ciddi problemlərin  olduğunu vurğulayıb:

"Xəstədir, uzun müddətdir səhhətində problemlər var. Doğrudan da ciddi xəstədir, səhhəti yaxşı deyil. Bu səbəbdən də onun dediklərinə və hərəkətlərinə fikir vermirəm”. 

Əli Mirəliyev bu səbəbdən uzun zamandır onunla eyni verilişə çıxmadığını da qeyd edib: 

"72 yaşı var, uşaq deyil ki. Bu yaşdan sonra səhhətinin düzələcəyinə də inanmıram. Çünki vəziyyəti daha da ağırlaşa bilər”. 

Müğənni əlavə edib ki, vaxtilə Ruhəngiz Musəvi ilə çoxsaylı duetləri olub. 

Qeyd edək ki, Əməkdar artist Ruhəngiz Musəvi bir vaxtlar eyni səhnəni bölüşdüyü həmkarı Əli Mirəliyevə qarşı qeyri-etik hərəkət nümayiş etdirib. Müğənninin qonaq olduğu verilişdə Əli Mirəliyevlə ifa etdiyi duet nümayiş olunub. Bundan sonra sənətçi üzünü yana çevirərək onu görmək istəmədiyini bildirib. Bu davranış studiyada və tamaşaçılar arasında təəccüb doğurub. 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
qaynarinfo.az

1Источники