"Football-plus.az" xəbər verir ki, matçın gedişində hakim oruc tutan futbolçuların iftarlarını açmaları üçün qısa müddətə oyunu dayandırdı. Həmin an tribunadakı bir qrup ''Lids'' fanatlarının yaranmış bu vəziyyətə etiraz etməsi, futbolçuların iftarlarını açmasını fitə basması diqqətdən qaçmadı.
Matçın ardından ''Lids'' fanatlarının bu hörmətsizliyinə ''Siti''nin çalışdırıcısı Xosep Qvardiola da biganə qalmadı. Son vaxtlar siyasət və futboldan kənar digər mövzulara tez-tez toxunan ünlü mütəxəssis onların cavabını bu sözlərlə verdi:
''İndi Ramazan ayı olduğu üçün bəziləri oruc tutur. Başa düşmürəm ki, oyunda 1-2 dəqiqəlik fasilə yarananda nə üçün fanatlar bunu fitə basır? Dinlərə hörmətlə yanaşın! Müasir dünyada yaşayırıq. Elə deyilmi? İndi dünyada nələr baş verdiyini açıb izləyin. Kimin məlumat yoxdusa, bu günkü son xəbərləri izləsin. Əsas məsələ odu ki, bütün dinlərə hörmətlə yanaşılmalıdı. Bunu nə üçün edə bilmirik? Problem nədədi?''