RU

Azərbaycan millisi dünya çempionatında ilk oyununa çıxır

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yarışan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda açılış oyununda evdə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Mərdəkanda "Liv Bona Dea Arena"da baş tutacaq oyun saat 15:00-da başlayacaq. Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Dünya Çempionatı
C Liqası, 3-cü qrup
3 mart

15:00. Azərbaycan – Şimali Makedoniya
Hakimlər: Anna Adamskaya, Yulia Bukaroviç, Angelika Novak, Mixalina Dyakov.
Mərdəkan. "Liv Bona Dea Arena".

Избранный
9
fanat.az

1Источники