sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə böyük dəyişikliklərə hazırlaşır. Sport24.az xəbər verir ki, klub rəhbərliyi Kazemironun mümkün gedişini nəzərə alaraq onun əvəzləyicisi üçün 230 milyon dollardan artıq büdcə ayırmağa hazırdırBu barədə "As" nəşri məlumat yayıb."Qırmızı şeytanlar"ın əsas hədəfləri arasında Bruno Quimaraeş, Sandro Tonali və Elliot Anderson yer alır. Siyahıda həmçinin Adam Uorton və Joao Qomes da var.Qeyd edək ki, "Mançester Yunayted" baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında son vaxtlar nəticələrini yaxşılaşdırsa da, klub rəhbərliyi gələcək planlarını əsas hədəf kimi yarımmüdafiə xəttindəki boşluğu doldurmağa yönəldib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.