RU

Gecəsi 20 min dollarlıq ev, cakuzi, qadınlar... Klintonun yeni FOTOları

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin keçmiş prezidenti Bill Klintonun naməlum qadınla birlikdə cakuzidə çəkilmiş fotosu illər sonra yenidən müzakirə mövzusuna çevrilib. Kadrın 2002-ci ildə Klintonun Jeffrey Epstein və onun yaxın çevrəsi, o cümlədən Chisleyn Maksxvell ilə Asiya səfəri zamanı lentə alındığı bildirilir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "The Post" nəşri fotonun ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət komitəsində keçirilən dinləmələrdə suallar doğurduğunu yazıb. Klinton yayılan görüntülərlə bağlı açıqlamasında hər hansı qanunsuz hərəkət etmədiyini vurğulayıb və fotoda üzü gizlədilən qadınla münasibətdə olmadığını bildirib.

Məlumata əsasən, şəkil Bruneydə yerləşən dəbdəbəli Empire Suite nömrəsində çəkilib. Gecəlik qiyməti 20 min dollar olan bu lüks məkan şəxsi lift, hovuz, cakuzi, sauna, buxar otağı və hətta şəxsi kinoteatr kimi imkanlarla təchiz olunub.

Səfər çərçivəsində Klinton, baş müşaviri Duq Bend və digər şəxslərlə birlikdə Epşteynə məxsus "Lolita Express" kimi tanınan şəxsi təyyarə ilə Bruneyə yollanıb. Qrup əvvəlcə Honkonqda, daha sonra Çinin Şençjen şəhərində dayanıb, sonda isə Bruneyin paytaxtı Bandar-Seri-Beqavana çatıb.

Yayılan digər görüntülərdə Klintonun Maksvell və naməlum qadınla birlikdə suitin hovuz hissəsində vaxt keçirdiyi, böyük ekranda isə qolf oyununun nümayiş olunduğu qeyd olunur. Epşteyn və ətrafındakı şəxslərin də rahat atmosferdə çəkilmiş fotoları mövcuddur.

Keçmiş prezident yayılan iddiaları rədd edərək, fotodakı qadının kimliyindən xəbərsiz olduğunu və hər hansı qanun pozuntusunda iştirak etmədiyini bir daha bəyan edib. Hadisə ilə bağlı müzakirələr isə davam edir.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
news.milli.az

2Источники