RU

CENTCOM: SEPAH-ın komanda-idarəetmə məntəqələrini məhv etdik

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə məntəqələrinin məhv edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Davam edən əməliyyatlar çərçivəsində ABŞ qüvvələri SEPAH-ın komanda-idarəetmə məntəqələrini, hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, həmçinin hərbi aerodromları məhv edib", - məlumatda qeyd olunub.

Eyni zamanda, bildirilib ki, Birləşmiş Ştatlar bundan sonra da yaxınlaşan təhdidlərə qarşı "qətiyyətli tədbirlər görməyə" davam edəcək.

Избранный
12
15
far.az

10Источники