RU

Bələdiyyə torpaqlarında evi olanların NƏZƏRİNƏ Bu il ərzində...

ain.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda 27 ildir ki, bələdiyyələr yaradılıb. Lakin ötən dövr ərzində bir sıra bələdiyyələrin torpaq sahələrini müəyyən edən xəritələr yerli bələdiyyələrə təqdim edilməyib. Bu da ciddi problemlər yaradır.Bu problemlərdən biri və ən vacibi bələdiyyə torpaqlarında ev tikən vətəndaşların çıxarış ala bilməməsidir. Maraqlıdır ki, Bakı şəhərindəki bələdiyyələrin xəritəsi bu günə qədər hazırlanmayıb. Bu xəritə olmadığı üçün bələdiyyə sərəncamı ilə torpağı olan vətəndaşlar ciddi problemlə üz-üzə qalıb.Məsələnin bu qədər uzanması isə təəccüb və təəssüf doğurur.Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib ki, bələdiyyələrə aid torpaqların xəritələrinin verilməsinə dair məsələ uzun illərdir gündəmdədir:

 

“Bu hər birimizi narahat edən məsələdir. Azərbaycan Konstitusiyasına görə 3 mülkiyyət növü var: dövlət, özəl və bələdiyyə. Təəssüflər olsun ki, xüsusən Bakı şəhərində bələdiyyələrə aid olan torpaq sahələrinin xəritələri hazır deyil.

Bir müddət əvvəl bu prosesə başlanıldı. Çox təəssüf olsun ki, hansısa səbəbdən bələdiyyə torpaqlarının xəritəsi və bələdiyyə sərhədlərinin dəqiqləşdirilməsi yekunlaşdırılmayıb. Bu da ciddi narahatlıq doğurur və bələdiyyələrin fəaliyyətinə köklü problemlər yaradır. Bütün hallarda bu prosesin ləngiməsi sosial-iqtisad problemdir. Ümid edirik ki, bu il nəhayət ki, bu proses yekunlaşacaq”.Müsahibimiz onu da qeyd edib ki, bələdiyyələrin birləşməsi prosesi reallaşdırılıb:“Əgər əvvəllər 1600-dən artıq bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı  685-ə qədər azalıb. Bu da imkan verir ki, bələdiyyə torpaqlarının xəritəsinin çıxarılması daha asan olsun. Bütün hallarda bələdiyyə xəritələrinin və bələdiyyə torpaqlarının dəqiqləşdirilməsi olduqca vacibdir.Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
2
bizim.media

10Источники