RU

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

Aprelin 17-də “Kapital Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə bankın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, bank tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr və digər məsələlər daxildir.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) baş tutacaq.

Избранный
8
3
apa.az

6Источники