RU

"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Aprelin 17-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Kapital Bank"ın 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, səhmdarlara dividend ödənilməsi, nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirələr aparılması və digər məsələlər daxildir.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Избранный
13
2
bakivaxti.az

3Источники