RU

Trampın boynundakı qızartı müzakirə yaratdı – Ağ Ev açıqlama verdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə boynunun sağ tərəfində qırmızı ləkə ilə görüntülənib.

Bizim.Media xəbər verir ki, hadisə martın 2-də baş verib. Məlumata görə, qırmızı ləkə boynun sağ hissəsində yerləşib. Qeyd olunur ki, Ağ Evin rəsmi operatorları və media nümayəndələrinin əksəriyyəti çəkilişi digər tərəfdən aparıb.

Həmçinin Şərəf Medallarının təqdimetmə mərasimi zamanı ABŞ liderinin gözaltı torbaları da diqqət çəkib.

Prezidentin şəxsi həkimi Şon Barbabella məsələ ilə bağlı açıqlama verərək boyundakı qızartının dəriyə qulluq üçün istifadə olunan kremdən qaynaqlandığını bildirib.

Onun sözlərinə görə, Tramp Ağ Evin həkimi tərəfindən təyin edilmiş adi profilaktik dəri kremindən istifadə edir. Prezident bir həftədir həmin vasitəni boynunun sağ tərəfinə tətbiq edir və qızartının bir neçə həftə davam edə biləcəyi gözlənilir.

Beləliklə, Ağ Ev rəsmilərinin bildirdiyinə görə, prezidentin səhhəti ilə bağlı hər hansı ciddi problem yoxdur və müşahidə olunan qızartı müalicəvi vasitənin təsirindən yaranıb.

Bizim.Media

Избранный
33
1
bizim.media

2Источники