RU

“Kapital Bank”ın kapitalında mühüm iştirak payı və dividend ödənilməsi müzakirə ediləcək

17 aprel 2026-cı il tarixində Kapital Bank ASC səhmdarlarının növbəti ümumi yığıncağı baş tutacaq.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə bankın fəaliyyətinə dair mühüm məsələlər daxil edilib. Belə ki, səhmdarlar 2025-ci ilin maliyyə nəticələrini müzakirə edəcək və illik maliyyə hesabatlarının təsdiqi məsələsinə baxacaqlar.

Bundan əlavə, 2025-ci maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi ilə bağlı qərarın qəbul olunması da gündəlikdə yer alıb. Bu məsələ bankın mənfəət göstəriciləri və dividend siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, bankın nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı məsələ də səhmdarların müzakirəsinə çıxarılacaq.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının (“BUSbank”) bazasında yaradılıb. “PAŞA Holdinq” MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Избранный
49
banker.az

1Источники