ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 700-ü keçib.
Publika.az xəbər verir ki, bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.
Məlumata görə, fevralın 28-dən etibarən hücumlarda 742 nəfər həlak olub. Ölənlərin 176-nın uşaq və yeniyetmə olduğu qeyd edilib.
Yaralananların sayı isə 971 nəfərə çatıb və onlardan 115-i azyaşlıdır.