RU

Mark Zukerberq Mayamidə aldığı malikanə ilə rekorda imza atıb

BAKI, 3 mart. TELEQRAF

“Meta” korporasiyasının həmtəsisçisi Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan Mayamidə yerləşən süni Indian-Krik adasında 170 milyon dollara malikanə alıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, Mayami tarixində qeydə alınmış ən bahalı daşınmaz əmlak sövdələşməsidir. Satıcı tərəfin nümayəndələri qeyd ediblər ki, bu razılaşma istisna sayılsa da, bazarda 100 milyon dollardan yuxarı məbləğdə daha çox satışların baş verməsi gözlənilir.

Florida ştatının cənubunda, Mayami-Deyd dairəsində yerləşən və “milyarderlər bunkeri” kimi tanınan Indian-Krik adası XX əsrin əvvəllərində yaradılıb və təxminən 120 hektar ərazini əhatə edir.

Adada “Amazon”un qurucusu Ceff Bezos, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və maliyyəçi Karl Aykan da daşınmaz əmlaka sahibdirlər.

Избранный
48
teleqraf.com

1Источники