Bakı, 3 mart, AZƏRTAC
ABŞ-nin Ər-Riyaddakı səfirliyinə iki dron hücumu həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı səfirliyin binasında yanğın baş verib. Vurğulanıb ki, yanğın sahəsi kiçik olub və səfirlik binasına maddi ziyan dəyib.