RU

İsveçin miqrasiya siyasəti getdikcə sərtləşir

Stokholm, 3 mart, Nərgiz Cəfərli, AZƏRTAC

Son on ildə İsveç miqrasiya siyasətini kökündən dəyişdirib.

AZƏRTAC xəbər verir ki, əvvəllər Avropanın ən açıq ölkələrindən biri hesab edilən İsveç hazırda Avropa İttifaqının minimum tələblərinə diqqət yetirir. Müvəqqəti yaşayış icazələri əsas qorunma formasına çevrilib, daimi status və vətəndaşlıq almaq üçün tələblər sərtləşdirilib, vətəndaşlıq üçün daha uzun yaşayış müddətləri, özünütəmin etmək üçün daha sərt tələblər və daimi yaşayış icazələrinin geri çağırılması ehtimalı nəzərdən keçirilir.

Höteborq Universitetinin politoloqlarının sözlərinə görə, qanunvericilikdə tez-tez baş verən dəyişikliklər sistemi minlərlə ailə üçün qeyri-müəyyənlik yaradan “hüquqi cəngəlliyə” çevirib. Yeni qaydalar artıq həm körpələrə, həm də 18 yaşa çatmış gənclərə təsir edən bir sıra rezonans deportasiya qərarlarına səbəb olub.

İsveçin miqrasiya siyasətində tərəddüdlər onilliklər ərzində baş verir. İkinci Dünya müharibəsindən sonra ölkə 1950-ci və 1960-cı illərdə Avropadan işçi qüvvəsi cəlb edərək tədricən immiqrantlar üçün bir məkana çevrildi. 1980-ci və 1990-cı illərdə böyük qaçqın dalğaları arasında miqrasiya əsas daxili siyasi mövzuya çevrildi. 2000-ci ildən sonra müzakirələr getdikcə mədəniyyət məsələlərinə yönəldildi və sağçı populist “İsveç Demokratları” partiyasının populyarlığının artması ilə immiqrasiya münasibətdə tənqidi ritorika gücləndi.

“Kəfkir daim yellənir. Hazırkı hökumətin sərtləşdirmə qaydaları həddinə yaxınlaşdığına dair əlamətlər var. Lakin qlobal miqrasiya axınlarının azalacağını hesab etmək üçün heç bir əsas yoxdur. Sadəcə sərhədləri bağlamaq qısamüddətli strategiyadır. 2016-cı ilə qədər ölkə Avropada ən səxavətli sığınacaq sistemlərindən birinə malik idi. Lakin indi o, Aİ-nin minimum səviyyəsinə çatmaq istəyini açıq şəkildə bəyan edib”, - deyə ekspertlər qeyd edirlər.

Избранный
71
2
azertag.az

3Источники