RU

Corabla yatmağın sağlamlığa faydaları açıqlandı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Corabda yatmağın bir sıra gözlənilməz faydaları var. Həkimlər bu mövzuda fikirlərini bölüşüblər.

Oxu.Az bildirir ki, rusiyalı dermatoloq Eleonora Fedonenko və ortoped Nelya Lobkova "Yahoo" nəşrinə müsahibələrində bununla bağlı açıqlama veriblər.

Eleonora Fedonenkonun sözlərinə görə, corab geyinmək ayaqlar isindikdə aktivləşən təbii termorequlyasiya prosesini stimullaşdırır.

"Tədqiqatlar göstərir ki, ayaqları isti olan insanlar ayaqları üşüyənlərlə müqayisədə orta hesabla 15 dəqiqə daha tez yuxuya gedirlər", - deyə o bildirib.

Yuxu keyfiyyətinin yaxşılaşdırılması üçün dermatoloq hava keçirən və istiliyi saxlayan pambıq və kaşmir kimi təbii materiallardan hazırlanmış, boş və sıxmayan corabların seçilməsini tövsiyə edib.

Ortoped Nelya Lobkova isə əlavə edib ki, corabda yatmaq dərinin qurumasının və sərtləşməsinin qarşısını almağa kömək edə bilər.

Bununla yanaşı, mütəxəssis xəbərdarlıq edib ki, şişkinliyin qarşısını almaq üçün siqaret çəkənlərə, həmçinin periferik arterial xəstəliklər və şəkərli diabetlə əlaqədar qan dövranı problemləri olan şəxslərə corabla yatmaq tövsiyə edilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
oxu.az

1Источники