RU

ABŞ İrana qarşı əməliyyatlarda həlak olan hərbçilərinin sayının 6-ya çatdığını açıqlayıb

Vaşinqton, 3 mart, AZƏRTAC

ABŞ-ın İrana qarşı əməliyyatlarda həlak olan hərbçilərinin sayı 6-ya çatıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, İranın hücumları zamanı zərbə alan bir obyektdə itkin düşmüş iki hərbçinin qalıqları tapılıb.

Bildirilir ki, əsas döyüş əməliyyatları davam edir.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
32
1
azertag.az

3Источники