RU

Ukrayna ordusu 9 yaşayış məntəqəsini azad etdi

Ukrayna müdafiəçiləri Aleksandrovsk istiqamətində doqquz yaşayış məntəqəsini azad etməyə nail olublar.

Publika.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna hərbi komandanlığı diqqətə çatdırıb ki, onların irəliləməsi davam edir.

Desant-Hücum Qoşunlarının döyüşçüləri cənub istiqamətdə ərazilərini azad etməyə davam edirlər.

“Zonamızda üç yaşayış məntəqəsi düşməndən təmizlənib və hazırda daha bir neçə yaşayış məntəqəsinin azad edilməsi üzərində işlər görülür”, - deyə Baş Qərargah bildirib.

Избранный
4
6
publika.az

10Источники