Dünya Çempionatı qarşılaşmalarından öncə Niderland və Əlcəzair yığmaları yoxlama oyunu keçirəcək.
QOL.az xəbər verir ki, sözügedən qarşılaşma Niderland millisinin ABŞ-a yola düşməzdən əvvəl öz azarkeşləri ilə vidalaşma matçı olacaq. Yığmanın ABŞ-da daha bir hazırlıq matçına çıxacağı gözlənilir.
Bununla yanaşı, Niderland millisi bu ay ərzində daha iki yoldaşlıq görüşü keçirəcək: Amsterdamda Norveç, Eyndhovendə isə Ekvador yığması ilə qarşılaşacaqlar.
Xatırladaq ki, Əlcəzair yığması Dünya Çempionatının J qrupunda Argentina, Avstriya və İordaniya ilə birlikdə mübarizə aparacaq. Niderlandın mübarizə aparacağı F qrupunda isə digər Şimali Afrika ölkəsi olan Tunisin yer alması bu yoxlama oyununun əhəmiyyətini artırır.
Qeyd edək ki, müvafiq yoxlama oyunu iyunun 3-də baş tutacaq. Komanda Dünya Çempionatının F qrupundakı açılış oyununu isə iyunun 14-də Dallasda Yaponiyaya qarşı keçirəcək.