RU

DÇ-2026-ya hazırlıq məqsədli Niderland və Əlcəzair milliləri qarşılaşacaq

style='margin-bottom:10px;'>

Dünya Çempionatı qarşılaşmalarından öncə Niderland və Əlcəzair yığmaları yoxlama oyunu keçirəcək.

QOL.az xəbər verir ki, sözügedən qarşılaşma Niderland millisinin ABŞ-a yola düşməzdən əvvəl öz azarkeşləri ilə vidalaşma matçı olacaq. Yığmanın ABŞ-da daha bir hazırlıq matçına çıxacağı gözlənilir.

Bununla yanaşı, Niderland millisi bu ay ərzində daha iki yoldaşlıq görüşü keçirəcək: Amsterdamda Norveç, Eyndhovendə isə Ekvador yığması ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Əlcəzair yığması Dünya Çempionatının J qrupunda Argentina, Avstriya və İordaniya ilə birlikdə mübarizə aparacaq. Niderlandın mübarizə aparacağı F qrupunda isə digər Şimali Afrika ölkəsi olan Tunisin yer alması bu yoxlama oyununun əhəmiyyətini artırır.

Qeyd edək ki, müvafiq yoxlama oyunu iyunun 3-də baş tutacaq. Komanda Dünya Çempionatının F qrupundakı açılış oyununu isə iyunun 14-də Dallasda Yaponiyaya qarşı keçirəcək.

Избранный
70
2
teleqraf.com

3Источники