ABŞ İrandakı əməliyyatlarda ilk dəfə yeni "Precision Strike" (PrSM) həssas vuruş raketindən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə "TWZ" məlumat yayıb.
Bu, təxminən iki il əvvəl istifadəyə verilib və ilk dəfə döyüşdə istifadə edilir.
"PrSM" sələfi olan "ATACMS"dan əsasən 500 kilometrə çatan artırılmış mənzili ilə fərqlənir.
Nəşrin məlumatına görə, "PrSM" İran hədəflərinə "HIMARS" raket sistemindən istifadə edilərək buraxılıb.