RU

Üzərliklə bağlı daha bir dövlət qurumundan ÇAĞIRIŞ

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib.

KONKRET.az xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.

Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.

Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Səhiyyə Nazirliyi, həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran və özü ilə üzərlik aparan Azərbaycan vətəndaşlarına oxşar müraciət edərək, xəbərdarlıq yaymışdı.

Избранный
3
26
konkret.az

10Источники