RU

Medvedevdən İranla bağlı sensasion açıqlamalar KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran ətrafındakı vəziyyətlə bağlı TASS agentliyinin suallarını cavablandırıb və bir sıra sərt bəyanatlar səsləndirib.

KONKRET.az xəbər verir ki, Medvedev ABŞ-ın İrana hücum qərarını tənqid edərək bildirib ki, Donald Tramp bu addımı ilə bütün amerikalıları potensial zərbə altına qoyub.

Onun sözlərinə görə, İran ABŞ və İsraillə qarşıdurmada davam gətirəcək, lakin ölkənin yenidən dirçəlişinin qiyməti yüksək olacaq.

Medvedev qeyd edib ki, ABŞ-ın İrana qarşı hərəkətləri İslam Respublikasında cəmiyyətin yüksək səviyyədə konsolidasiyasını təmin edib və daxili birliyi gücləndirib.

O, həmçinin ABŞ və İsrailin İrana endirdiyi zərbələrə Avropa İttifaqının reaksiyasını kəskin tənqid edərək bunu “yaltaxlıq və iyrənclik” adlandırıb.

Medvedev əlavə edib ki, onun fikrincə, baş verənlərdən sonra İran nüvə silahı yaratmaq istiqamətində səylərini üçqat artıracaq.

Natiq SəlimKONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
konkret.az

2Источники