ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Son qarşılaşmada özümüzü yaxşı tərəfdən göstərə bilmədik"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kubokunun yarımfinal mərhələsində "Atletiko" ilə cavab qarşılaşmasından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Barselona" ilk oyunda “Atletiko”ya 0:4 hesabı ilə uduzub. Almaniyalı mütəxəssis kataloniyalıların 2016/2017 mövsümündə Çempionlar Liqasında PSJ üzərində qazandığı tarixi geri dönüşü (0:4, 6:1) bu matçla müqayisə etməkdən imtina edib.
AS nəşrinə danışan baş məşqçi keçmiş nəticələrə fokuslanmaqdansa, indiki zamana köklənməyin vacib olduğunu bildirib:
"Mən nə keçmiş, nə də gələcək haqqında düşünmürəm, hazırkı məqamda olmağı üstün tuturam. Bizim işimiz bu görüşdə yaxşı oyun nümayiş etdirməkdir. "Atletiko" ilə son qarşılaşmada özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Sabah komandamın ən yaxşı versiyasını görmək istəyirəm".
Qeyd edək ki, "Barselona" - "Atletiko" qarşılaşması martın 4-də baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.