RU

Siyasət Əsgərov: “Əlimizdən gələni edəcəyik” – ARENA.AZ

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov jurnalistlərə açıqlama verib.

Arena.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib.

Siyasət Əsgərov bu oyunda qələbə qazanmaq istədiklərini bəyan edib:

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununa saat 15:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
36
7
arena.az

10Источники