RU

Yaxın Şərqdə yeganə həll diplomatik yoldur

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

"Yaxın Şərqdə sabitliyin təmin olunmasının yeganə yolu diplomatik həlldir. Bu, İran üçün etibarlı keçid prosesi, nüvə və ballistik raket proqramlarının qəti şəkildə dayandırılması və bölgədə qeyri-sabitlik yaradan fəaliyyətlərə son qoyulması deməkdir".Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunları Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen deyib. Von der Leyen Brüsseldə İsveçrə ilə "Saziş Paketi"nin imzalanma mərasimində çıxış edərkən vurğulayıb ki, Yaxın Şərqdəki hadisələrdən son dərəcə narahatdır.Avropa Birliyi (AB) Komissiyasının sədri, həftə sonu 9 Yaxın Şərq və bir çox Avropa lideri ilə əlaqə saxladığını və vəziyyətin kövrək olaraq qaldığını söyləyib.Von der Leyen bildirib ki, İranda məzlum xalq üçün yeni bir ümid yaranıb və biz onların öz gələcəklərini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyirik.Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
newscenter.az

2Источники