RU

Azərbaycandan İrandan təxliyə olunanlara viza ilə bağlı hümanist dəstək

ASTARA, 02 mart. TELEQRAF

İranda baş verən son hadisələr fonunda təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

Teleqrafın cənub bürosu xəbər verir ki, təxliyə kodu ilə ölkə ərazisinə daxil olan bəzi əcnəbilərin ilkin yoxlanışı zamanı vizalarının olmadığı hallara rast gəlinir.

Lakin yaranmış vəziyyət nəzərə alınaraq bu şəxslər üçün operativ mexanizm tətbiq olunur. Onlar sərhəddə müraciət edərək qısa müddətdə viza ala və Azərbaycan ərazisindən tranzit məqsədilə istifadə edə bilirlər.

Məhz sərhəddə yaradılan bu çevik və humanist yanaşma səbəbindən İranı tərk edən əcnəbilərin əksəriyyəti tranzit ölkə kimi Azərbaycanı seçir. Xarici vətəndaşlar təhlükəsizlik və operativliyin əsas üstünlük olduğunu bildirirlər.

Ümumilikdə təxliyə prosesi 24 saatlıq rejimdə həyata keçirilir. Astara sərhəd keçid məntəqəsinə daxil olan əcnəbilər sayından asılı olmayaraq pasport qeydiyyatından keçirilir və dərhal yola salınırlar. Sərhəddə operativlik və koordinasiya yüksək səviyyədə təşkil olunub.

Избранный
28
1
teleqraf.com

2Источники