RU

İran Küveytdə bir bazanı bombaladı, eyni bazada ABŞ-ın 3 qırıcısı vuruldu, CENTCOM "dost atəşi" dedi – qırıcıları kim vurdu?…



Küveytdəki ABŞ-a məxsus Ali Al-Salem hərbi hava bazası yaxınlığında ard-arda bir neçə ABŞ döyüş təyyarəsi qəzaya uğrayıb. Müxtəlif vaxtlarda baş verən qəzaları Küveyt ordusu da təsdiqləyib.

İrana qarşı “Epik Qəzəb” əməliyyatında iştirak edən ABŞ təyyarələrinin ardıcıl qəzaları diqqət çəkir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) F-15E Strike Eagle təyyarəsinin Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən "təsadüfən" vurulduğunu bildirib. Döyüş təyyarələrinin "dost atəşi" ilə vurulduğu bildirilir.

“CNN International” sosial mediada yayılan görüntüləri təsdiqləyib ki, alov içində olan təyyarə sürətlə yerə çırpılıb. Pilot isə paraşütlə tullanaraq təhlükəsiz şəkildə yerə enib. Küveyt Müdafiə Nazirliyinin sözçüsü bu səhər bəzi Amerika döyüş təyyarələrinin qəzaya uğradığını, lakin bütün heyət üzvlərinin sağ qaldığını açıqlayıb. Sözçü əlavə edib ki, qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalar aparılır.

Bundan əvvəl İran ordusu Küveytdəki ABŞ Ali Al-Salem hərbi hava bazasına və Hindistanın şimalındakı düşmən gəmilərinə 15 qanadlı raketlə hücum etdiyini açıqlamışdı.

Tahir TAĞIYEV

Избранный
24
baki-xeber.com

1Источники