RU

Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə... Valideynlərə xəbərdarlıq

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə, bunun bir neçə səbəbi ola bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə fizioterapevt Nuriyyə Əlibəyli danışıb. O bildirib ki, yeniyetmələrdə ayaq ağrıları çox vaxt “böyümə ağrısıdır” deyə ciddiyə alınmır:

“Amma hər ağrı böyümə ilə əlaqəli olmaya bilər. Yeniyetmə dövründə orqanizm sürətlə dəyişir: sümüklər uzanır, əzələlər və vətərlər bu sürətə hər zaman uyğunlaşa bilmir. Bu da müxtəlif problemlərə yol aça bilər.

Ən çox rast gəlinən səbəblər:

- Böyümə ağrıları

Adətən axşam və ya gecə olur, səhər azalır. Şişkinlik və hərəkət məhdudiyyəti olmur.

- Yastıayaqlıq

Ayağın tez yorulması, diz və bel ağrısı ilə müşayiət oluna bilər. Uzun müddət ayaqüstə qalanda ağrı artır.

- Yanlış ayaqqabı seçimi

Sərt altlıqlı, dəstəksiz və ya ölçüyə uyğun olmayan ayaqqabılar ayaq ağrısına səbəb olur.

- Həddindən artıq fiziki yüklənmə

İdmanla aktiv məşğul olan yeniyetmələrdə əzələ və vətər gərginliyi tez-tez görülür.

- Qamət problemləri

Dizlərin içə və ya çölə qaçması, bel və omba balanssızlığı ayaqlara əlavə yük yaradır.

- Ciddi siqnallar ola bilən hallar

Ağrı davamlıdırsa, şişkinlik, topallama, qızartı və ya səhər sərtliyi varsa, bu, artıq mütləq müayinə tələb edir”.

N.Əlibəyli “nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?” sualını belə cavablandırıb:

“Əgər ağrı bir neçə həftədir keçmirsə, gəzintiyə və gündəlik hərəkətə mane olursa, ağrı tək tərəflidirsə, ayaq, diz və ya beldə forma dəyişikliyi müşahidə olunursa, mütləq mütəxəssisə görünmək lazımdır.

Unutmayın, uşaqlar ağrını hər zaman düzgün ifadə edə bilmirlər. Vaxtında diqqət etmək gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər”.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
olke.az

2Источники