RU

Xamnəinin yaralı həyat yoldaşı dünyasını dəyişib

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

İranın mərhum ali rəhbəri Ayətullah Seyid Əli Xamnəinin həyat yoldaşı Mənsurə Xocəstə ABŞ-İsrail hücumunda aldığı yaralardan dünyasını dəyişib.

Reyting.az xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.

Mənsurə Xocəstə Xamnəinin evi bombalanarkən onun yanında olub və xəsarət alıb.

Komada olan Mənsurə Xocəstə aldığı xəsarətlərdən ölüb.

Hücumda Ayətullah Əli Seyid Xamnəi və İranın digər yüksək vəzifəli şəxslər də həlak olublar.

Onu da xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, dağıntılara və insan tələfatına səbəb olur.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
reyting.az

1Источники