RU

Rusiya telekanalının Tehrandakı ofisinin yaxınlığına raket düşüb: İşçilər təxliyə edilir VİDEO

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın RT telekanalının İran redaksiyasının yaxınlığına raket düşüb.

Moderator.az-ın xəbərinə görə, bu barədə RT-nin "Telegram" kanalında məlumat verilib.

"Hamı sağdır və hazırda təxliyə davam edir", - deyə RT-nin müxbiri Raniya Kasimi bildirib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə isə açıqlama verilməyib.

RT-nin İran bürosunun rəhbəri Hami Hamedi qeyd edib ki, kanalın ölkədəki ofisi İsrail və ABŞ-nin zərbələri nəticəsində qismən zərər görüb:

"Ofisimizə çox yaxın olan bina tamamilə dağılıb və ərazidə qaz qoxusu hiss olunur. Ola bilsin ki, partlayış baş versin".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
moderator.az

2Источники