RU

Dünya qorxu içində - Nüvə obyekti vuruldu

İranın BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Reza Nəcəfi 35 üzvü olan idarə heyətinin iclasında jurnalistlərə açıqlama verib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Reza Nəcəfi ABŞ və İsrailin hava hücumları nəticəsində İranın Natanz nüvə obyektinin vurulduğunu bildirib.

Nəcəfi ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Natanzdakı böyük nüvə obyektinin vurulduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 22 iyun 2025-ci ildə İranın nüvə infrastrukturu hədəf alınaraq bir hərbi əməliyyat həyata keçirildiyini açıqlamışdı.

Избранный
10
manset.az

1Источники