RU

Səudiyyə Ərəbistanında hərbi baza yaxınlığında 5 PUA məhv edilib

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Səudiyyə Ərəbistanı ölkədə yerləşən Şahzadə Sultan Hərbi Hava Bazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü, general-mayor Turki əl-Maliki bildirib ki, baza ətrafında "5 düşmən PUA-sı" zərərsizləşdirilərək məhv edilib. O, əlavə detal açıqlamayıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi yerli vaxtla saat 07:04-də Dammam şəhərində yerləşən Ras Tanura Neft Emalı Zavodu ətrafında zərərsizləşdirilən iki PUA-nın qalıqlarının obyektə düşməsi nəticəsində məhdud ziyan yarandığını bildirib.

Məlumata görə, qəlpələrin səbəb olduğu kiçik yanğına fövqəladə hallar briqadaları dərhal müdaxilə edib və alov qısa müddətdə nəzarətə götürülüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Rəsmilər təhlükəsizlik məqsədilə zavodun bəzi istehsal bölmələrinin müvəqqəti dayandırıldığını, lakin yerli bazara neft və neft məhsullarının tədarükündə fasilə yaranmadığını vurğulayıblar.

Qeyd edək ki, Turki əl-Maliki daha əvvəl Ras Tanura zavodunu hədəf almağa cəhd göstərən iki PUA-nın da zərərsizləşdirildiyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
baku.ws

2Источники