RU

Moped idarə etmək üçün vəsiqə tələb olunacaq

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsi ölüm və ya xəsarətlə nəticələnir. Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır”.

Hurriyyet.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) moped və motosiklet sürücülərinə müraciətində bildirilib.

“Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, işıqforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti iştirakçılarına mənfi nümunə olurlar. Belə hərəkətləri ilə həm özləri qəzanın qurbanına çevrilir, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün real təhlükə yaradırlar.

Moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə tövsiyə edirik ki, qayda pozuntuları ilə deyil, yol hərəkəti və təhlükəsizlik qaydalarına düzgün riayət etməklə cəmiyyət üçün müsbət nümunə olsunlar”, - müraciətdə qeyd olunub.

***

Baş Dövlət Yol Polisi İdarəsi xatrıladır ki, moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.

Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur.

Bildiririk ki, bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir.

Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
19
hurriyyet.az

10Источники