Argentinalı ulduz futbolçu Lionel Messi Joan Laporta ilə bağlı məsələyə hazırda münasibət bildirməyəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı “Sport” nəşri yayıb.
Məlumata görə, argentinalı hücumçu FC Barcelona-da prezident seçkiləri başa çatana qədər bu mövzuda açıqlama vermək istəmir.
Bildirilir ki, 38 yaşlı futbolçu seçkilərdən sonra Laporta ilə münasibətləri barədə öz mövqeyini ictimaiyyətə açıqlaya bilər.