Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran Qətərin enerji obyektlərinə zərbə endirib.Bizim.Media xəbər verir ki, u barədə "Əl-Cəzirə" telekanalı Qətərin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, hücum nəticəsində dəyən ziyan və itkilər Qətərin müvafiq orqanları tərəfindən qiymətləndiriləcək.
Bundan əlavə, enerji nəhəngi “QatarEnergy” bəyan edib ki, İranın şirkətin obyektlərinə yönəlmiş hücumları səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı dayandırılıb.Məlumat üçün bildirək ki, “QatarEnergy” qazını əsasən Asiya və Avropa bazarlarına göndərir. Asiyada Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Pakistan, Avropada isə Böyük Britaniya, İspaniya, Fransa və Almaniya kimi ölkələr Qətər qazının əsas idxalatçılarıdır.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.