Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib. Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq. Sərnişinlər sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.