RU

Yeni metro Bakının bu ərazilərində tikiləcək

Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib

O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:

"Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq".

Избранный
2
16
publika.az

10Источники