RU

​"Xameneini satdı" deyilən general danışdı

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı general İsmayıl Qaaninin adı gündəmdən düşmür.
Metbuat.az xəbər verir ki, son günlər yayılan iddialara görə, İranın Ali Rəhbəri Əli Xamenei Qaani tərəfindən “satılıb”. İddia olunur ki, general hücumdan bir neçə dəqiqə əvvəl Əli Xamenei ilə görüşüb və Ali Rəhbərin öldürüldüyü bombardmandan qısa müddət əvvəl oradan ayrılıb. İsmayıl Qaaninin bundan əvvəl də bir neçə təhlükəli əməliyyatdan sağ çıxması bu mövzuda başladılan müzakirələri daha da qızışdırıb. Türkiyənin “Sözcü” qəzeti bu mövzuda maraqlı xəbər dərc edib. KİV-in yazdığına görə, İsmayıl Qaani yayılan iddiaları rədd edib. General qısa danışıb:“Həqiqət üzə çıxacaq”.

Bəzi analitiklər isə hesab edirlər ki, belə fikirlər Qaaninin İran siyasətində nüfuzunun artmasından qaynaqlanır. Onların fikrincə, İranın siyasi və hərbi strukturu çox qatlı və mürəkkəb olduğundan, daxili intriqaların xarici müşahidəçilər üçün tam görünməsi çətindir. Bu isə baş vermiş hadisələrin obyektiv qiymətləndirilməsini mümkünsüz edir.

Избранный
53
metbuat.az

1Источники